"Vulverhempton"un hücumçusu Raul Himenes Avropa nəhənglərinin maraq dairəsindədi.
Fanat.Az "Sunday Times"in jurnalisti Dankan Kaslın "Twitter" hesabına istinadən xəbər verir ki, Himenesin transfer qiyməti bəlli olub. "Vulverhempton"un 29 yaşlı futbolçunu 100 milyon avrodan aşağı qiymətə satmayacağı bildirilir.
"Mançester Yunayted" və "Yuventus" Himenesin xidmətində maraqlıdı.
Cari mövsümdə Premyer Liqada 31 matçda meydana çıxan meksikalı forvardın aktivində 15 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol