"Mançester Siti"nin hücumçusu Serxio Aqueronun diz əməliyyatı uğurlu alınıb.
Fanat.Az xəbər verir ki, Aquero "Twitter" hesabı vasitəsilə bu barədə məlumat verib:
"Əməliyyat yaxşı keçdi. Tezliklə bərpa prosesinə başlaya biləcəm. Həkim Kuqata və onun köməkçilərinə, o cümlədən mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".
Argentinalı futbolçu Premyer Liqanın 30-cu turu çərçivəsində "Börnli" ilə oynanılan matçda (5:0) menisküsündən zədə almışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol