"Barselona"nın yarımmüdafiəçisi Arturun "Yuventus"a keçidi yaxın günlərdə rəsmiləşə bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "Yuventus" bazar gününə kimi Arturun yekun cavabını gözləyəcək.
Klublar arasında bütün detalların razılaşdırıldığı bildirilir. Pyaniç "Barsa"ya, Artur isə "Yuve"yə keçməlidi. "Qoca sinyora" əlavə 10 milyon avro ödəməli olacaq.
Artura 5 illik müqavilə təklif olunub. Braziliyalı futbolçu razılıq verəcəyi təqdirdə, "Yuventus"da ilinə 5,2 milyon avro qazanacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol