"Real"ın baş məşqçisi Zinəddin Zidan "Malyorka" ilə oyundan (2:0) sonra kapitan Serxio Ramos haqqında fikirlərini bölüşüb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Zidan Ramosun karyerasını Madrid klubunda bitirməli olduğunu düşünür:
"Ramos bizim liderimiz və kapitanımızdı. O, həmişə komandasını öz arxasınca aparır. Serxio artıq uzun müddətdi ki, buradadı. Məncə, o, karyerasını "Real"da bitirməlidi".
34 yaşlı futbolçu 2005-ci ildən "Real"da çıxış edir. Ramosun müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Cari mövsümdə La Liqada 29 matçda meydana çıxan ispan müdafiəçinin aktivində 8 qol var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol