"Çelsi"nin hücumçusu Pedro Rodriqes karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az jurnalist Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, Pedro mövsümün sonunda azad agent kimi "Roma"ya keçəcək. Müqavilənin bütün şəxsi detalları razılaşdırılıb.
Sözləşmə 2 illik olacaq. 32 yaşlı futbolçu yeni iş yerində ilinə 3 milyon avro qazanacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol