"Yuventus"un hücumçusu Qonsalo İquain İtaliya A Seriyasının 28-ci turu çərçivəsində "Leççe" ilə oynanılacaq matçda komandasına kömək edə biləcək.
Fanat.Az "Tuttomercato"ya istinadən xəbər verir ki, İquain zədəsini sağaldıb. 32 yaşlı futbolçunun adının "Leççe" ilə oyunun iştirak ərizəsinə daxil ediləcəyi bildirilir.
"Yuventus" - "Leççe" matçı 26 iyunda keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol