"Barselona"nın vinqeri Ansu Fatinin adı tez-tez "Mançester Yunayted"lə birlikdə hallanır.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Boru Fati oğlu Ansinin "qırmızı şeytanlar"a mümkün keçidi barədə danışıb:
"Ansu indi "Barselona"nın start heyətinin daimi üzvü ola bilməz. Oğlumun "Barsa"da oynamasından məmnunam. "Mançester Yunayted" və bu komandanın oğluma marağı barədə heç nə eşitməmişəm. Barselonada yaşamaq bizim üçün rahatdı. Onsuz da, "Barselona"dan ayrılanlar sonradan yenidən kluba qayıtmaq istəyirlər".
Cari mövsümdə 26 matçda meydana çıxan 17 yaşlı futbolçu 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol