"İnter"in müdafiəçisi Milan Şkrinyar komandasının növbəti üç oyununu buraxacaq.
Şkrinyar İtaliya A Seriyasının 27-ci turu çərçivəsində "Sassuolo" ilə oynanılan matçda (3:3) sərtliyə görə iki dəfə xəbərdarlıq almış, hakimlə aqressiv rəftar etmiş və meydandan qovulmuşdu. Fanat.Az jurnalist Alfredo Pedulyanın saytına istinadən xəbər verir ki, slovakiyalı futbolçu üçoyunluq diskvalifikasiya olunmaqla yanaşı, 10 min avro dəyərində cərimələnib.
Baş məşqçi Antonio Konte növbəti matçda "İnter"in başında ola bilməyəcək. İtaliyalı çalışdırıcı "Sassuolo" ilə görüşdə beşinci xəbərdarlığını alıb.
Qarşıda "İnter"i "Parma", "Bolonya" və "Breşiya" ilə oyunlar gözləyir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol