"Çelsi"nin qolkiperi Kepa Arrisabalaqa karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Valensiya" Kepanın xidmətində maraqlıdı. "Çelsi"nin 25 yaşlı qapıçını "yarasalar"a ikiillik icarəyə verməyə hazır olduğu bildirilir. Satınalma opsiyası "zadəganlar"da qalacaq.
Daha əvvəl London klubunun koronavirus pandemiyası dövründə transfer qiymətlərinin aşağı düşəcəyini nəzərə alaraq Kepanı birbaşa satmaqdan imtina etdiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol