Fransa futbolunun canlı əfsanəsi Jan-Pyer Papen “Bakı” klubunun idman direktoru ola bilər.
Qol.Az-ın məlumatına görə, bu barədə paytaxt klubunun meneceri Vüqar Hüseynzadə açıqlama verib.
"Bakı" Papenə idman direktoru vəzifəsini təklif edib. O, həm klubun işlərinə cavabdeh olacaq, həm də akademiyaya. Mənim işlərim isə əsasən birinci komandayla bağlı olacaq" - deyə V.Hüseynzadə bildirib.
Qeyd edək ki, 50 yaşlı Papen karyerası ərzində "Marsel", "Milan", "Bavariya" və "Bordo" kimi klublarda çıxış edib. Fransa yığmasında 54 oyun keçirən Jan-Pyer Papen 30 dəfə rəqib qapılarına yol tapıb.
İdman24.az