Qazaxıstan çempionatının bərpa olunacağı tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Açıqlamada bildirilib, mövsüm iyulun 1-də bərpa olunacaq. Çempionatın bərpası üçün təlimat hazırlanıb. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq.
Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol