"Yuventus"un hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 28-ci turu çərçivəsində "Leççe" ilə oynanılacaq matçı buraxa bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, baş məşqçi Ronalduya istirahət vermək niyyətindədi. Bununla belə, 35 yaşlı futbolçunun oynayıb-oynamayacağı ilə bağlı yekun qərar hələ verilməyib.
Ronaldu cari mövsümdə A Seriyasında 23 matçda meydana çıxıb və 22 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Yuventus" - "Leççe" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol