"Liverpul" əfsanəsi Stiven Cerrard açıqlamalarından birində "Enfild"in önündə Yürqen Kloppun heykəlinin qoyulmalı olduğunu demişdi.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, alman mütəxəssis Cerrardla eyni fikirdə deyil:
"Mənim üçün heykəl qoyulmasını istəmirəm. Klubdakı motivasiyam buna bağlı deyil.
Təbii ki, komanda yaxşı dönəmdən keçir. Çempionlar Liqasını qazandığımız ötən mövsümdə də vəziyyət fərqli deyildi. Hazırda bu klubda olduğum üçün özümü xoşbəxt hiss edirəm".
Qeyd edək ki, "Liverpul" 30 il sonra İngiltərə çempionluğunu bayram edir. Uğurun əsas memarı qismində baş məşqçi Yürqen Klopp göstərilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol