"Real"ın yarımmüdafiəçisi Hames Rodriqes karyerasını "Napoli"də davam etdirə bilər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Rodriqes "Napoli"də oynamağa meyillidi. Neapol təmsilçisi ötən ildən bəri kolumbiyalı futbolçunun xidmətində maraqlıdı
Daha öncə Hamesin adı Madridin digər təmsilçisi - "Atletiko" ilə birlikdə hallanırdı.
28 yaşlı oyunçu 2019-20 mövsümündə 14 matçda forma şansı əldə edib və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" Hamesə 32 milyon avro qiymət qoyub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol