Yaxın günlərdə "Qarabağ” iki transfer həyata keçirəcək.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi milli komandamızın qapıçısı Emil Balayev və klubun sabiq müdafiəçisi Donald Gerye ilə razılıq əldə etdiyi barədə informasiyanı qol.az yayıb. Hər iki futbolçu ilə müqavilənin şərtləri razılaşdırılıb və tərəflərin ona imza atması qalıb.
Xatırladaq ki, E.Balayevin son klubu "Zirə”, Geryeninki isə "Neftçi” olub.
Emil Balayev
Donald Gerye