İspaniya Sequndasında 36-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
Eddinin komandası səfərdə "Rasinq"lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. İsrafilov fasilədən sonra oyuna qoşulub. Yığmamızın futbolçusu meydana çıxan zaman hesab 0:1 olub. O, 62-ci dəqiqədə sarı vərəqə də alıb.
Bu qələbə sayəsində xal hesabını 43-ə çatdıran "Albasete" turnir cədvəlində 16-cı pillədədi.
Fanat.Az