Slovakiya millisinin sabiq üzvü Marian Çişovski vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə onun bir vaxtlar çıxış etdiyi "Viktoriya" klubunun rəsmi saytı məlumat yayıb.
Veteran futbolçu 41 yaşında dünyasını dəyişib. Yerli mətbuatın yazdığına görə, 6 il əvvəl veteran oyunçuya amiotrofik skleroz diaqnozu qoyulub. O, son illər nadir hallarda ictimaiyyət önünə çıxırdı.
Çişovski karyerası ərzində "Viktoriya Plzen”lə yanaşı "Jilina”, "Timişoara” və digər klublarda oynayıb, 15 matçda millinin şərəfini qoruyub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol