Almaniya 2-ci Bundesliqasında sonuncu - 34-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge” "Regensburq"un qonağı olub. Futbolçumuzun komandası 2:1 hesablı səfər qələbəsinə sevinib.
Oyuna start heyətdə başlayan Nazarov 90-cı dəqiqədə əvəzlənib.
47 xalı olan "Ersgebirge” mövsümü 18 iştirakçı arasında 7-ci bitirib.
Fanat.Az