"Fənərbağça" basketbol komandasının baş meneceri Mauritsio Qerardini ilə müqavilə yeniləmək qərarına gəlib.
Fanat.Az "Eurohoops"un jurnalisti Nikos Varlasın "Twitter" hesabına istinadən xəbər verir ki, italiyalı funksioner 2022-ci ilə kimi işinin başında olacaq.
"Fənərbağça"nın növbəti mövsüm üçün büdcəsi 20 milyon avroya qədər azaldılıb. Bunun nəticəsi olaraq baş məşqçi Jelko Obradoviç komandadan ayrılıb.
Qeyd edək ki, Qerardini 2014-cü ildən İstanbul klubunun baş meneceridi.
Fanat.Az