"Keşlə" yolları ayırdığı futbolçuların siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, klubun saytında Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə yeni müqavilə imzalanmadığı barədə məlumat yerləşdirilib.
Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək Bakı təmsilçisini daha öncə Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli tərk etmişdi.
Fanat.Az