Luici Datome "Milan"a keçib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Datome ilə 3 illik müqavilə imzalanıb.
"Cici bir idmançı kimi komandamızda görmək istədiyimiz keyfiyyətlərə sahibdi. Söhbət xarizma, təcrübə, insani keyfiyyətlər və qalib psixologiyasından gedir. Cicinin bizimlə olacağına görə çox məmunuq", - deyə "Milan"ın baş meneceri Xristos Stavropulos bildirib.
32 yaşlı basketbolçu son 5 mövsümü "Fənərbağça"nın heyətində keçirib. Cici 2019-20 mövsümündə 8,3 xal və 3,4 ribaund ortalamaları ilə yadda qalıb.
Fanat.Az