"Qarabağ" klubu son olaraq icarə əsasında "Zirə"də çıxış etmiş Nicat Süleymanovla yolları ayırıb.
Süleymanov
"Report"a açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib.
O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu bildirib: "Məni komandada daha bir mövsüm görmək istədiklərini demişdilər və yeni müqavilə təklif etmişdilər. Komandanın hazırkı durumu isə bəlli deyil. "Qarabağ"dan transfer kağızımı götürəndən sonra "Zirə" mənimlə əlaqə saxlamayıb. Klubda kimin qalıb-qalmayacağı bəlli deyil. Ona görə hələ ki, gözləyirəm".
Qeyd edək ki, "Qarabağ" daha öncə qapıçı Vaqner da Silva, müdafiəçilər - Ailton Silva və Faysal Rerrasla yolları ayırıb.
Fanat.Az