"Simurq" bu gün "Bayıl Arena"da 2013-cü ildəki son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, sabah cari mövsümün II dövrəsinin sonuncu oyununu "Rəvan"a qarşı keçirəcək Zaqatala klubu bununla hazırlıqları tamamlayaraq istirahətə çəkilib.
Bir saata yaxın davam edən məşq prossesində bütün futbolçular iştirak edib. İsinmə hərəkətləri və qaçışla başlayan çalışmalar, daha sonra "kavadrat" və ikitərəfli oyunla davam edib. Sonda isə cinahlardan asmalar və onların qapanması yerinə yetirilib.
Qeyd edək ki, "Rəvan" - "Simurq" oyunu saat 16.00-da start götürəcək və "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.
Fanat.az