İyunun 29-da ölkəmizdə ilk dəfə təkbətək basketbolun seçmə mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Dövlət Bayraq meydanının yaxınlığında 2 meydançada baş tutacaq yarışda 64 oyunçunun iştirakı nəzərdə tutulub.
“Red Bull”un sponsorluğu və Azərbaycan Basketbol Federasiyasının təşkilati dəstəyi ilə olacaq turnirdə yalnız 1 nəfər - qalib “King of the Rock”un dünya birinciliyinə vəsiqə qazanacaq. Mundial isə Amerikanın San-Fransisko şəhərinin yaxınlığında Alkatras adasında keçiriləcək.
İdman24.az