"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.
Fanat.Az xəbər verir ki, bunu haitili müdafiəçi özünün "Instagram" səhifəsində yazıb: "Doğma yer haqqında sehirli olan tək şey onu tərk etməyin yaxşı olduğu qədər ora geri qayıtmağın da xoş hisslər yaratmasıdır. Geri qayıtdım. Razılıq əldə olundu".
Qeyd edək ki, Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 31 yaşlı oyunçu ötən yay "Neftçi"yə transfer olunmuş və bir müddət öncə klubdan ayrılmışdı.
Fanat.Az