"Beşiktaş"ın "Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da çıxış edən İbrahim Şehiçə təklif etdiyi maaş açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, İstanbul klubu bosniyalı qapıçıya illik 400 min avro maaş, imza haqqı olaraq isə 150 min avro təklif edir. Hazırda tərəflər arasında transfer danışıqları davam edir.
Məlumata görə, Şehiçi "Beşiktaş"la yanaşı, Polşanın "Legiya" klubu da istəyir.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin qapıçısı "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan kecib. O, 2015-2018-ci illərdə Ağdam klubunda çıxış edib.
Fanat.Az