“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov “İnter”in maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, gürcü baş məşqçi Kaxaber Tsxadadze təcrübəli mərkəz müdafiəçisini yanına gətirmək istəyir.
Artıq tərəflər arasında ilkin danışıqlar da baş tutub. Danışıqların ilkin nəticəsi odu ki, Hüseynov müqavilə ilə məxsus olduğu “Sumqayıt”la problemini yoluna qoymalıdı. Bundan sonra onun “İnter”ə keçidində heç bir problem qalmayacaq. “İnter”ə keçmək ehtimalının böyük olduğunu Vurğunun özü də təsdiqləyib, amma o, məsələ ilə bağlı hələ ki, danışmaq istəməyib.
Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Vurğun “Sumqayıt”dan öncə “Turan” və “Qəbələ” klublarının uğurları üçün çalışıb.
futbol11.az