Point-qard Nik Kalates "Panatinaikos"u tərk edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kalateslə yollar ayrılıb. Onun yaxın günlərdə "Barselona" ilə 3 illik müqaviləyə imza atacağı bildirilir.
31 yaşlı basketbolçu 2009-2012 və 2015-2020-ci illər aralığında "Pana"da çıxış edib. O, "yaşıllar"ın heyətində 6 dəfə Yunanıstan çempionatının, bir dəfə isə Avroliqanın qalibi olub.
Fanat.Az