"Hesab edirəm ki, Oğuz Aydının "Qarabağ" və "Astana"ya keçidi baş tutmayacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri türk futbolçunun meneceri Gökhan Tabakcıoğlu deyib.
Türkiyənin III liqa təmsilçisi "1928 Bucaspor”un 20 yaşlı vingeri Oğuz Aydın "Qarabağ"ın maraq dairəsindədi. Amma onun meneceri bildirib ki, Oğuzun transferi ilə bağlı heç bir irəliləyiş yoxdu: "Görünən odu ki, onlar oyunçu ilə o qədər də ciddi maraqlanmırlar".
Qeyd edək ki, Oğuz Aydın cari mövsümdə meydana çıxdığı 18 oyunda 2 qol vurub. 20 yaşlı futbolçu Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.
Fanat.Az