"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ABŞ-ın "Nyu-York Kosmos" klubunda qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə albaniyalı müdafiəçi özünün "Instagram" səhifəsində paylaşım edib. Aqolli bildirib ki, klubu ilə müqaviləsinin müddətini uzadıb: "Daha 1 il "Nyu-York Kosmos"da oynayacağım üçün şadam".
Qeyd edək ki, 2012-2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub.
Fanat.Az