Ötən mövsüm zədələnərək "İnter"i yarı yolda qoyan Dieqo Milito 2013-2014 mövsümü üçün gün saymağa başlayıb.
İdman24.az xəbər verir ki, argentinalı hücumçu vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib: "Yeni mövsüm üçün gün sayıram. Daha öncə heç olmadığı qədər istəkli və qərarlıyam. Hər gün vəziyyətim daha da yaxşılaşır".
34 yaşlı oyunçu ötən mövsüm 24 matçda forma geymiş və 9 qol vurmuşdu.
İdman24.az