Mövsümün sonunda "Qarabağ"la icarə müqaviləsi başa çatan və müqavilə üzrə məxsus olduğu Almaniyanın "Ştutqart" klubuna qayıdan Aylton Silvanın taleyinə hələ aydınlıq gəlməyib.
Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, klubu onun xidmətində deyil. Gələn mövsüm Bundesliqada çıxış edəcək "Ştutqart" müdafiənin sol cinahına başqa futbolçu cəlb etmək niyyətindədi. Bu səbəbdən Aylton yenidən icarəyə verə bilər.
Qeyd edək ki, Aylton "Qarabağ"da keçirdiyi 28 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2015/16 mövsümündə "Neftçi"də çıxış edib.
Fanat.Az