İspaniya Sequndasında 39-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında "Xixon”la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Adı iştirak ərizəsində olan İsrafilov görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
46 xala malik "Albasete” hazırda turnir cədvəlində 22 iştirakçı arasında 18-cidi.
Fanat.Az