TsSKA Tornike Şengeliyanı heyətinə qatdığını açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Şengeliya ilə 3 illik müqavilə imzalanıb.
Gürcü basketbolçu son 6 mövsümü "Baskoniya"nın heyətində keçirib. Şenqeliya cari Avroliqa mövsümündə 15,9 xal, 5,6 ribaund, 2,9 asist, 1,0 top oğurlama və 0,5 blok-şot ortalamaları ilə oynayıb.
Qeyd edək ki, 28 yaşlı forvardın Rusiya klubuna keçidi Gürcüstanda heç də birmənalı qarşılanmayıb.
Fanat.Az