Azərbaycan milli komandasının məşqçisi olacağı deyilən Klaudio Beluççi açıqlama verib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Sky Sports”a açıqlamasında yığmamızda çalışacağını təsdiq edib.
Son bir ildə Canni de Byazi ilə işlədiyini bildirən 45 yaşlı məşqçi indi yeni işə başladıqlarını deyib: "Bu, bizim üçün yeni bir mərhələ olacaq".
Qeyd edək ki, AFFA Canni de Byazini milli komandamızın məşqçisi təyin edib. İtaliya mediasının məlumatına görə, mütəxəssis özü ilə iki köməkçi gətirəcək - Klaudio Beluççi və Benni Karbone. Köməkçilərdən biri isə yerli mütəxəssis - Arif Əsədov olacaq.
Fanat.Az