Dortmund "Borussiya"nın hücumçusu Erlinq Holand bu səfər futboldan kənar hərəkətləri ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, Holand həftə sonu Norveçdə gecə klubundan qovularkən görüntülənib. "Snapchat" istifadəçilərindən biri həmin anları lentə alıb. 19 yaşlı futbolçu onu klubdan çıxarmağa çalışan mühafizəçiyə qəzəblənib və üstünə qışqırıb.
Qeyd edək ki, Holand Bundesliqada mövsüm bitdikdən sonra vətəni Norveçə qayıdıb.