UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Cənubi Kipr yığması iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Cənubi Kipr Futbol Federasiyası məlumat yayıb.
Baş məşqçi Yohan Valemin komandasını oktyabrın 7-də Çexiya ilə oyunda sınayacaq. Növbəti rəqi Yunanıstan olacaq. Bu görüş oktyabrın 11-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan və Cənubi Kipr yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 8-də Cənubi Kiprdə, ikinci qarşılaşma isə oktyabrın 13-də Bakıda olacaq. Bu qrupda Monteneqro və Lüksemburq milliləri də qərarlaşıb.
Fanat.Az