"Bavariya" bu həftə yeni baş məşqçisini ictimaiyyətə təqdim edəcək.
Fanat.Az "Sportando"ya istinadən xəbər verir ki, "Bavariya"nın basketbol komandasını Andrea Trinkyeri çalışdıracaq. Tərəflər arasında bütün detallar artıq razılaşdırılıb.
51 yaşlı mütəxəssisin son iş yeri "Partizan olub". Serbiya təmsilçisi Trinkyerinin rəhbərliyi altında iki dəfə ölkə kubokunun, bir dəfə isə Adriatik Liqasının Superkubokunun qalibi olub.
Fanat.Az