Çexiyanın Milli Futbol Liqasında (2-ci liqa) sonuncu - 30-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin komandası - "Viktoriya Jijkov” lider "Pardubitse"ni qəbul edib. Oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Fərid 46-cı dəqiqədə meydana girib.
46 xala malik "Viktoriya” çempionatı 16 komanda arasında 5-ci pillədə bitirib.
Fanat.Az