Fanat.Az xəbər verir ki, respublikanın rəhbəri Ramzan Kadırov məmurları parkda səhər idmanına çıxarıb. Çeçen məmurlar Kadırovun tələbi ilə "jim" hərəkətini etmək məcburiyyətində qalıblar.
Respublikanın rəhbərinin özü tərəfindən lentə alınan görüntülərdə bir çox məmurun hərəkəti düzgün yerinə yetirmədiyi öz əksini tapıb. Sınaqdan Kadırovun uşaqlıq dostu, "Terek”in xüsusi komandiri Əbuzeyd Vismuradov uğurla çıxıb.