Kenan Sipahi yaxın günlərdə "Fənərbağça" ilə müqavilə imzalayacaq.
Fanat.Az "Eurohoops"a istinadən xəbər verir ki, tərəflər arasında bütün detallar razılaşdırılıb. 2019-20 mövsümünü "Betis"in heyətində keçirən 25 yaşlı basketbolçu ACB Liqasında 7,3 xal ortalaması ilə oynayıb.
Qeyd edək ki, Sipahi 2013-2016-cı illər aralığında "Fənərbağça"da çıxış edib.
Fanat.Az