"Qəbələ"nin futbolçusu "Zirə"yə transfer olunub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Klesio Bauk karyerasını paytaxt klubunda davam etdirəcək. Müqavilənin detalları açıqlanmır.
Qeyd edək ki, Klesio Bauk 2019-cu ilin yayında "İstanbulspor"dan "Qəbələ"yə keçib. 25 yaşlı forvard ölkəmizdə keçirdiyi 22 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Mozambik millisinin üzvü əvvəllər Portuqaliyanın "Benfika", ABŞ-ın "Harrisburq Siti" və Yunanıstanın "Panetolikos" klublarında çıxış edib.
Fanat.Az