"Qarabağ" klubu futbolçusu Miçel Madeyra ilə yolları ayırmağı qərara alıb.
Bu barədə
"Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.
Onun sözlərinə görə, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam veriləcək.
Qeyd edək ki, Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edirdi. Onun sözləşməsi 2021-ci ilin yayında başa çatmalı idi.
Fanat.Az