Son iki mövsümdür "Qalatasaray"da icarə əsasında forma geyən braziliyalı oyunçu Felipo Melo "Real Madrid" haqqında verdiyi açıqlamanın yanlış tərcümə edildiyini bildirib.
"Tuttosport" oyunçunun ""Real Madrid", yoxsa "Barselona"da oynamaq istəyərsiz" sualına cavabını "Özümü "Real Madrid"dən biri imiş kimi hiss edirəm" şəklində tərcümə etmişdi.
Ancaq Melo "Twitter"də "Mən o suala "Real Madrid"də oynamaq istədiyimi söyləyərək cavab verdim. Çünki bu mənim uşaqlıq xəyalımdır", sözlərini
yazıb.
İdman24.az