Nikola Kaliniç "Valensiya"ya keçib.
Fanat.Az "Valensiya"nın istinadən xəbər verir ki, Kaliniçlə birillik müqavilə imzalanıb.
Serb basketbolçu son 5 mövsümü "Fənərbağça"nın heyətində keçirib. İstanbul təmsilçisi maliyyə problemləri səbəbindən 28 yaşlı forvardın sözləşməsini uzatmayıb.
Kaliniç 2019-20 mövsümündə Avroliqada 6,6 xal, 2,5 ribaund ortalamaları ilə yadda qalıb.
Fanat.Az