"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adına aydınlıq gətirilib.
Fanat.Az xəbər verir ki, bundan sonra Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov da əsas komandanın məşqçiləri korpusunda yer alacaq.
Qeyd edək ki, Borçe Xristov uzun illər "Qarabağ"da işləyib və bu günlərdə komandanı tərk edib. Eltun Yaqublu isə futbolçu karyerasını bitirərək "Səbail"dən ayrılıb.
Fanat.Az