"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Türkiyənin "Hatayspor” klubundan təklif almasının təfərrüatları məlum olub.
Qol.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanovu yeni mövsümdən Super Liqada çıxış edəcək "Hatayspor”a ilk olaraq klubun sabiq baş məşqçisi Fatih Kavlak təklif edib.
Fatih Kavlak Azərbaycan futbol azarkeşlərinə tanış addı. O, bir zamanlar "Qarabağ”da Qurban Qurbanovun köməkçisi, eləcə də "Qəbələ”nin baş məşqçisi işləyib.
Fatih Kavlakın təklifindən sonra danışıqlar bir neçə dəfə olmaqla davam etdirilib. Daha sonra danışıqlara klubun prezidenti özü də qoşulub. Məlumata görə, "Hatayspor" rəhbərliyi ilə Qurban Qurbanov arasında sonuncu danışıq dünən olub.
Qurban Qurbanov bu təklifə "yox" cavabı verib.
Qeyd edək ki, "Hatayspor" 2019/20 mövsümündə Türkiyə 1-ci liqasında çempionluğu rəsmiləşdirərək Super Liqaya vəsiqə qazanıb. Klubun hazırkı baş məşqçi Mehmet Altıparmakla yolları ayırmaq istədiyi bildirilir.
Fanat.Az