"Qarabağ" 2019/20 mövsümündə Türkiyə çempionu olan "Başakşəhər"i təbrik edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi "Twitter" hesabında İstanbul klubuna təbrik mesajı göndərib:
"Başakşəhər"i tarixində ilk dəfə çempionluq münasibəti ilə təbrik edir, Çempionlar Liqasında uğurlar arzu edirik".
"Kayserispor" üzərində qələbə qazanan "Başakşəhər" ən yaxın izləyicisi üçün əlçatmaz olub. Bununla 2016/17 və 2018/19 mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb.
"Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub.
Fanat.Az