"Qəbələ" klubu müqaviləsi başa çatan bir neçə futbolçu ilə bağlı qərarı bəlli olub.
Bu barədə
"Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.
Klub rəsmisi bütün yerli futbolçuların komandada qalacağını açıqlayıb. Əzizov legionerlərdən Rodriqo Qattas və Merab Qiqari ilə vidalaşdıqlarını söyləyib.
Müqavilələri başa çatan Anar Nəzirov, Sadiq Quliyev, Rasim Ramaldanov, Asif Məmmədovla yeni mövsüm üçün razılıq əldə edilib. Zaur Əzizov digər legionerlərlə bağlı danışıqların davam etdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, "Qəbələ"nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib.
Fanat.Az