Cari mövsümdə Çempionlar Liqasına vəsiqə qazana bilməyən və Avropa Liqasına getməsi də sual altında olan "Qalatasaray"da islahatlar başlayır.
Fanat.Az yerli mediaya istinfadən xəbər verir ki, mövsümün sonunda İstanbul klubunu tərk edəcək bəzi futbolçuların adı artıq bəllidi.
Müqaviləsi başa çatan Mariano, Yuto Naqatomo ilə yanaşı, icarədə olan Jean Mişel Seri, Mario Lemina və Florin Andone yola salınacaq.
Onlarla yanaşı, "Qalatasaray" Radamel Falkao, Sofiane Fequli, Rayan Babel və icarəyə verildiyi "Brügge"dən kənarlaşdırılan Mbaye Diagne satışa çıxarılıb. Falkaonun 7 milyon avroluq maaşından qurtulmaq istəyən "Cim-Bom" rəhbərliyi onun pulsuz gedişinə də razıdı.
"Maykon"da satışa çıxarılan futbolçular siyahısındadı. Hazırda onun satışı üçün Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubu ilə danışılar davam edir.
Jesse Sekidika və Valentin Ozornvafor ilk 11-likdə oynamaq şərti qoyulmaqla icarəyə veriləcək.
Əvəzində Fernando Muslera, Markao, Kristian Luyindama və Marselo Saraççi komandada saxlanılacaq. Onlarla yanaşı, maaşını bir milyon avro azaltmağa razı olacağı halda Rayan Donk da qalacaq.
Martin Linnes isə klub tapacağı halda transferinə razılıq veriləcək.
Fanat.Az